- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Qadın otüstü hokkeyçilərin ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, həlledici turda meydana ilk olaraq “Bakı” və “Sumqayıt” komandaları çıxıblar. Bu görüşdə paytaxt hokkeyçilərinin qalib gələcəyinə heç kim şübhə etmirdi. Həmin qarşılaşmada “Bakı” rəqibini 8:0 hesabı ilə məğlub edərək xal ehtiyatını 25-ə çatdırmaqla, çempionluğa daha da yaxınlaşdı.
Ancaq bunun üçün lider Qusar “Samur”u “Atasport-2” ilə matçda edezmalı idi. Heç-heçə isə çempionun aşkaplanması üçün əlavə “qızıl oyunun” keçirilməsi ehtiyacını yaradırdı. Lakin bütün mülahizələr özünü doğrultmadı. Qusar hokkeyçiləri birinci hissədə 2:0, yekunda 4:1 hesabı ilə qalib gələrək, xal ehtiyatını 27-yə çatdırıb və ən yaxın izləyiciləri üçün əlçatmaz olublar.
Komandaların mükafatlandırılma mərasimində müxtəlif nominasiyaların qalibləri də unudulmayıb:
“Ən məhsuldar oyunçu”: Günay İsmayılova (“Samur”)
“Ən yaxşı oyunçu”: Xalidə Zeynalova (“Bakı”)
“Ən yaxşı qapıçı”: Zlata Potapova (“Bakı”)