- Baxış sayı: 76
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

Beynəlxalq cüdo federasiyasının təqviminə əsasən, 17–19 oktyabrda Meksikanın Qvadalaxara şəhərində qran pri turniri keçiriləcək.
Allsport.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) iştirak edəcək.
Heyəti təqdim edirik:
Kişilər
60 kq
Əhməd Yusifov
Balabəy Ağayev
66 kq
Ruslan Paşayev
Yaşar Nəcəfov
73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
81 kq
Vüsal Qələndərzadə
Səlim Tçkayev
90 kq
Murad Fətiyev
100 kq
Səlim Kotsoyev
+100 kq
Uşanqi Kokauri