- Baxış sayı: 24
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Mançester Yunayted”in keçmiş futbolçusu Patris Evra açıqlama verib.
Allsport.az xəbər verir ki, veteran müdafiəçi “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın “futbolu öldürdüyünü” deyib:
“Düşünürəm ki, Qvardiola ən yaxşı baş məşqçilərdən biridir, lakin o, “futbolu öldürüb”… Hər kəs Qvardiola kimi oynamaq istəyir. Bu tiki-takadır və bunu necə oynanılmalı olunduğunu ancaq Qvardiola bilir. Niyə hamı Qvardiola kimi olmaq istəyir? Müasir futbolda yaradıcılıq yoxdur. Ronaldinyo və ya Eden Hazard kimi oyunçuları bir daha görməyəcəksiniz. Çünki indiki məşqçilər gənc oyunçuya “Əgər ötürmə verməsən, səni ehtiyat oyunçular skamyasına oturdacağam” deyə hədə-qorxu gəlirlər.