Rəna Nəsrəddinova: “Azərsu”nun naməğlub olması bizə psixoliji təsir edirdi

Bu gün qadın həndbolçuların superliqasının 4-cü turunda “Azəryol” və “Azərsu” görüşündən sonra ölkə çempionatında gərginlik daha artdı. İlk 3 matçda uduzmayan debütant vitse-çempion önündə aciz qaldı (22:29). Ölkə çempionatında üçhakimiyyətlilik yaradanların əsas memarlarından biri Rəna Nəsrəddinova oldu. Allsport.az saytına açıqlamasında o, qələbə haqda bunu deyib:

“Qalib gəldiyimiz üçün çox şadıq. Biz qələbəyə köklənmişdik. Rəqib yetərincə güclü idi. Nəzərə alsaq ki, onlar uduzmamışdılar – “Azərsu”da özünəinam vardı, bu planda bizə çətin idi.

Çünki ilk görüşdə “Qarabağ”a yeniləndən sonra, liderlə oyunun necə alınacağı ilə bağlı sıxıntı və həyacan keçirirdik. Üstəlik, rəqib naməğlub olduğundan, bizə psixoliji təsir edirdi. Həlledici anda toparlandıq, mehribancasına oynadıq, həyacanı boğaraq 2-ci hissədə son nöqtəni qoya bildik”.

 

Həmin kateqoriyadan