- Baxış sayı: 50
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0
Qadın həndbolçuların superliqasının 18-ci turunda “Azəryol” lider “Azərsu”ya 30:25 hesabı ilə qalib gəldi. Bu isə o deməkdir ki, “yolçəkənlər” son ölkə çempionu ilə 2 xal fərqini aradan qaldırıb.
Axırıncı turda “İdman akademiyası” ilə görüşdə sensasiya baş verməsə, “Azəryol” qızıl medallara sahiblənəcək. Çünki top fərqinə “Azərsu”nu üstələyir. Komandanın kapitanı Rəna Nəsrəddinova allsport.az sayına sevincini belə bölüşüb:
“Çox böyük istəklə oynadıq. Şadam ki, bu, sonda istədiyimiz nəticəyə gətirib çıxardı. Qələbə vacib idi, çünki son 2 mövsüm çempion ola bilməmişdik”.