- Baxış sayı: 41
- 09 Yanvar 2025 13:47
- Baxış sayı: 628
- Yanvar 03, 2025
- 0
Azərbaycan basketbol liqasının X turunun “Sabah” – “Naxçıvan” (85:90) oyunundan sonra “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, latviyalı çalışdırıcı oyun haqda bunu deyib:
“Rəqib layiqli qələbə qazandı. Adətən oyuna biz nəzarət etsək də, bu dəfə gedişata diqtə edən tərəf onlar idi. Görüşün əvvəli bərabər səviyyəli keçsə də, daha sonra rəqib önə keçərkən oyunumuzda tələskənliyə yol verdik. Unutmaq lazım deyil ki, qarşılaşma 10 yox, 40 dəqiqədir. Müdafiədə fərdi səhvlərə yol verdik. Bu isə hesabda əksini tapdı. Təbii ki, bütün oyunlarda qalib gəlib çempion olmaq çətindir.
Yeni transferə gəlincə, keyfiyyətli oyunçu olduğu hiss olunur. Lakin oyun fəlsəfəmizə uyğunlaşmaq üçün zamana ehtiyacı var. Basketbol intellekti yüksəkdir. Düşünürəm ki, bizim üçün faydalı olacaq”.