- Baxış sayı: 31
- 11 Mart 2026 11:58
- Baxış sayı: 300
- Mart 05, 2026
- 0

“Qalatasaray”ın baş məşqçisi Oxan Buruq çempionlar liqasının 1/8 final mərhələsində İngiltərənin “Liverpul” klubu üzərində qazanılan minimal hesablı qələbəni (1:0) şərh edib.
Allsport.az xəbər verir ki, türkiyəli mütəxəssis nəticənin 2025-ci ilin sentyabrında keçirilən qrup oyunundakı hesabla eyni olmasına baxmayaraq, oyunun tam fərqli xarakter daşıdığını bildirib.
Buruq “Liverpul”un böyük klub olduğunu və heyətində xeyli yüksək səviyyəli futbolçu cəmləşdiyini vurğulayıb: “Biz burada etməli olduğumuzu etdik və qalib gəldik. Lakin hələ heç nə bitməyib, qarşıda rəqib meydanında bizi çox çətin oyun gözləyir. “Liverpul” kimi komandalara qarşı oynamaq həmişə qəlizdir, çünki istənilən səhvə görə səni cəzalandıra bilərlər. İndi növbəti böyük sınağa köklənmişik. Mən həmişə oyunçularıma inanıram”.