- Baxış sayı: 51
- 04 Dekabr 2025 15:28
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

“Bu şənbə çətin oyunumuz olduğunu bilirik. Rəqibimizi yaxşı tanıyırıq, keyfiyyətinə bələdik. Ona görə də həftəmiz iş baxımından məhsuldar keçib. “Neftçi” ilə matça konsentrasiya olmuşuq”. Allsport.az saytı xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro deyib. Braziliyalı müdafiəçi milli komandaların matçları ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etməyə çalışdıqlarını bildirib:
“Komandamız gec yığışdığına görə təlim-məşq toplanışı keçirməmişdi. Millinin oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etdik, həm yaxşı məşqlər keçdik, həm də yoxlama oyununda gücümüzü sınadıq. Məşqçilər korpusu bir daha çatışmazlıqları gördü”.
Premyer liqanın 6-cı turunda “Dalğa arena”da görüş saat 18:00-da başlayacaq.