- Baxış sayı: 47
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Tokio-2020-də cüdo yarışının püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, mərasimdə bizim də rəqiblər bilinib. Tutaşmalara iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaqlar. Cüdo yarışları iyulun 31-də yekunlaşacaq.
Kişilər
60 kq
Kəramət Hüseynov – Eşli Makkenzi (Böyük Britaniya)
66 kq
Orxan Səfərov – Yerlan Serikjanov (Qazaxıstan)
73 kq
Rüstəm Orucov – Musa Moquşkov (Rusiya)
81 kq
Murad Fətiyev – Frederik Harris (Syerra-Leone)
90 kq
Məmmədəli Mehdiyev – Rafael Maçado (Braziliya)/İslam Bozbayev (Qazaxıstan)
100 kq
Zelim Kotsoyev – Alexandre İddir (Fransa)
+100 kq
Uşangi Kokauri – Matsey Sarnaçki (Polşa)
Qadınlar
48 kq
Aişə Qurbanlı – Katarina Kosta (Portuqaliya)
+78 kq
İrina Kindzerska – Izayana Marenko (Nikaraqua)/Larisa Çeriç (Bosniya və Hersoqovina)