- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 228
- Mart 26, 2026
- 0

Şağan olimpiya idman kompleksində kişi həndbolçuların ölkə çempionatına yekun vuruldu. Allsport.az xəbər verir ki,6 komandanın mübarizə apardığı gərgin rəqabətdə U-16 superliqanın bürünc müdallarını qazandı. Komandanın baş məşqçisi Rəşad Hüseynov saytımıza açıqlamasında, uğura gedən yoldan danışdı:
“Əvvəlkilərlə müqayisədə, bu dəfə çempionat çox maraqlı keçdi. Demək olar, bütün klublar eyni səviyyədə idi. Sadəcə, pandemiyadan sonra uşaqlarda fiziki hazırlıqda çatışmmazlıqlar vardı. Superliqanın gedişində, o da müəyyən dərəcədə aradan qalxdı. Bizim komanda əsasən yeniyetmələrin üzərində qurulub.
Onlara dəstək üçün təcrübəli həndbolçular qoşulmuşdu. Bu da rəqabət zamanı öz sözünü dedi. Federasiyamıza, köməkçim Rövşən Hüseynova, məşqçi-oyunçu Üzeyir Səlimova təşəkkürümü bildirirəm. Komanda üzvlərini təbrik edir, onala uğurlar arzulayıram. Allah qoysa, gələn çempionat da mükafatlar uğrunda mübarizə aparacağıq.”