- Baxış sayı: 44
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 122
- Noyabr 25, 2024
- 0
“Rəvan” rəhbərliyi komanda üzvlərinə 2015-ci ilin oktyabr, noyabr və dekabr aylarından qalan borcu, eləcə də indiki may ayının maaşını hələ də ödəməyib. Allsport.az xəbər verir ki, futbolçular artıq bu pulu alacaqlarına şübhə ilə yanaşırlar. Oyunçular kimi, komandanın məşqçilər korpusu da pulsuzdur. Yuxarıda qeyd olunan aylarla yanaşı, məşqçilər hətta aprel ayının da maaşını ala bilməyiblər.
Klubdan isə deyirlər ki, onlar bu borcları AFFA-dan gələcək pulla ödəyəcəklər. Çünki klubun U-19 komandası UEFA Gənclər Liqasında çıxış etdiyindən, qitə futbol qurumu AFFA-ya 70 000 avro pul köçürməlidir. Paytaxt klubu da məhz həmin pula ümid bəsləyir.