- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Rəvan” klubunun sabiq baş məşqçisi Güvənc Qurtar özünə yeni komanda tapıb. Allsport.az xəbər verir ki, 64 yaşlı mütəxəssis Türkiyə PTT 1-ci Liqasında mübarizə aparan “Adanaspor”la anlaşıb.
O, bu postda Levənt Ərişi əvəzedib. Qurtarın köməkçiləri isə Ərdoğan Yılmaz və Mustafa Şəntabaklar olacaq.
Qeyd edək ki, Qurtar ötən ilin yanvar ayında “Rəvan”a keçmişdi. Bakı klubu Topaz Premyer Liqasında arzuolunan nəticəni qazana bilmədiyi üçün çempionatı sonuncu pillədə başa vurmuş və 1-ci diviziona yollanmışdı. Elə həmin mövsümün sonu da türkiyəli mütəxəssislə yollar ayrılmışdı. O, “Rəvan”dan ayrıldıqdan sonra işsiz idi.