- Baxış sayı: 57
- 05 Mart 2026 12:24
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

Azərbaycanı UFC-də təmsil edən Tofiq Musayevin növbəti döyüşünün vaxtı və rəqibi müəyyənləşib.
Allsport.az xəbər verir ki, təmsilçimiz martın 28-də ABŞ-nin Sietl şəhərində keçiriləcək turnir çərçivəsində oktaqon üzərinə çıxacaq.
Musayevin rəqibi Çili təmsilçisi İqnasio Bahamondes olacaq.
Tofiq Musayev MMA karyerası ərzində 22 qələbə qazanıb və 6 məğlubiyyət alıb. O, UFC-dəki ilk və son döyüşündə Bakıda qırğızıstanlı Mıktıbəy Oralbəyə birinci raundda məğlub olub. Onun rəqibi İqnasio Bahamondes (17-6) də sonuncu dəfə Bakıdakı turnirdə çıxış edib və digər təmsilçimiz Rafael Fiziyevə hakim qərarı ilə uduzub.