- Baxış sayı: 264
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Hollandiyanın Almere şəhərində “Lotto Dutch Open” Premyer Liqasının ilk yarış günü karateçilərimiz üçün uğurlu keçib. Allsport.az xəbər verir ki, idmançılarımız 2 bürünc və 1 gümüş medal qazanıblar.
Şəhrun Yusifova (-50 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Hərəyə 5 rəqiblə döyüşən Rafael Ağayev (-75 kq) və Firdovsi Fərzəliyev (-60 kq) isə bürünc medalla kifayətlənməli olublar. Ceyhun Mustafayev ilə İsmayıl Quliyev (hər ikisi -60 kq), həmçinin Rafiz İsmayılov (-67 kq) təsəlliverici görüşlərə qatılsalar da, mübarizəni bürünc medalların bir addımlığında başa vurmalı olublar.
İlk yarış günündən sonra Azərbaycan komandası medal qazana bilən 23 ölkə arasında 10-cu yeri tutub. Premyer Liqaya 51 ölkədən 613 idmançı qatılıb. Turnirin son günü daha 5 idmançımız tatamiyə çıxacaq.
-75 kq, Rafael Ağayev
1. Nuno Moreyra (Fransa) – 1:0
2. Emanuel Sarnataro (İtaliya) – 0:0
3. Yonas Pallesen (Danimarka) – 8:0
4. Erman Eltemur (Türkiyə) – 3:0
5. Lüdviq Abild (Danimarka) – 0:2
Təsəlliverici görüşlər
6. David-Buda Honinq (Macarıstan) – 2:0
-60 kq, Firdovsi Fərzəliyev
1. Sofian Aqoudjil (Fransa) – 6:0
2. NG Tou-Lam (Makao) – 3:0
3. Cefri Berens (Hollandiya) – 1:2
Təsəlliverici görüşlər
4. Aykut Kaya (Türkiyə) – 3:0
5. Andres Lendon-Lanos (Kolumbiya) – 8:0
-50 kq, Şəhrun Yusifova
1. Darina Marçuk (Ukrayna) – 1:0
2. Duyqu Buğur – 8:0
Yarımfinal
3. Yamila-Ailen Benitez (Argentina) – 3:0
Final
4. Bettina Olank (Avstriya) – 0:1