YENİLƏNDİ
Rafiq Hüseynov 2-ci, Eldəniz Əzizli 3-cü oldu

Qazaxıstan paytaxtı Nur-Sultanın “Barıs arena”sında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 55, 63, 72 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri bu gün həlledici görüşə çıxdılar. Finallar Bakı vaxtı ilə saat 16:00-da başlayır. Eldəniz Əzizli 3-cü yer üçün tutaşmada rəqibini 21 saniyəyə yendi.

55 kq
1/8 final – Eldəniz Əzizli – Manjet Manjet (İND) 8:0
1/4 final – Eldəniz Əzizli – Davaabandi Erdene (MGL) 9:0
1/2 final – Eldəniz Əzizli – Xorlan Jakanşa (KAZ) 5:11
Bürünc medal – Eldəniz Əzizli – Maks Emilyano Nouri (USA) 8:0

63 kq
1/8 final – Elman Muxtarov – Slavik Qalstyan (ARM) 7:16

72 kq
Təsnifat – Sənan Süleymanov – Dominik Etlinger (CRO) 2:0
1/8 final – Sənan Süleymanov – Yuri Lomadze (GEO) 11:5
1/4 final – Sənan Süleymanov – Balint Korpasi (HUN) 0:6

82 kq
Təsnifat – Rafiq Hüseynov – Mihail Bradu (MDA) 6:0
1/8 final – Rafiq Hüseynov – Yuri Şkriuba (UKR) 7:0
1/4 final – Rafiq Hüseynov – Maxat Yerejepov (KAZ) 7:1
1/2 final – Rafiq Hüseynov – Səid Murad Abdvali (İRİ) 8:5
FİNAL – Rafiq Hüseynov – Laşa Qobadze (GEO) 3:5

Kamran HACI, Nur-Sultan

Həmin kateqoriyadan