- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyənin “Trabzonspor” klubuna transfer olunan əslən azərbaycanlı futbolçu Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib. Allsport.az saytı sizi həmin müsahibə ilə tanış edir:
– Artıq yeni komandanla tanış olmusan?
– “Trabzonspor”da çox yaxşı kollektiv var. Şadam ki, bura gəlmişəm. Artıq uşaqların hamısı ilə tanış olmuşam. Hələlik, dillə bağlı problem var. Amma gündən-günə mənə daha da asan olur. Burada mən də daxil olmaqla cəmi üç əcnəbi futbolçu var. Ona görə də bir az ingiliscə, bir az türkcə danışmaqla anlaşırıq.
– Niyə “Zenit”dən ayrılmağa qərar verdin?
– Atamla həmişə karyeramla bağlı məsləhətləşirəm. Ona görə də “Trabzonspor”a transferim ailəmizin ümumi qərarı oldu.
– “Zenit”lə yeni müqavilə bağlamaq və ya yenidən icarədə oynamaq variantı var idi?
– Belə bir variant var idi. Amma düzünü deyim ki, mən yenə icarədə oynamaq istəmirdim. İstərdim ki, məhz hansısa kluba tam hüquqlu transfer olaraq keçim.
– “Spartak”a keçmək variantın da var idi. Niyə alınmadı?
– “Spartak” variantına heç baxmadım. Hədəfim xaricdə oynamaq idi.
– Sirr deyilsə, daha hansı Rusiya klubu səninlə maraqlanırdı?
– “Ural” variantı da var idi.
– Bəs ölkə xaricindən?
– Almaniyaya da çağırırdılar, amma mən “Trabzonspor”u seçdim.
– Yeni baş məşqçiniz barədə nə deyə bilərsən?
– Hələ onunla söhbətim olmayıb. Məşqlərə əsasən deyə bilərəm ki, daha çox intizama diqqət yetirir.
– Ciddidir?
– Şəndir. Amma məsələ işə gəlincə, sərt olur. Müəyyən qədər Radimova (“Zenit”in ikinci komandasının baş məşqçisi – red.) bənzərliyi var.
– Əsas heyətə düşmək üçün ciddi rəqabət aparmalı olacaqsan…
– Əlbəttə. Çünki əsas heyətdə oynamağı heç kimə söz vermirlər. Buna öz çalışqanlığınla nail olmalısan.
– Azərbaycan vətəndaşlığını almağa hazırlaşdığın doğrudur?
– Mən gələ bu suala cavab verə bilmərəm. Yəqin ki, yaxın günlərdə bu məsələ dəqiqləşəcək. Amma mən bu məlumatın internetdə necə yayıldığını bilmirəm.
– Hazırda “Trabzonspor”un düşərgəsindəsən?
– Bəli, Slovakiyada təlim-məşq toplanışındayıq. Bu toplanış bitəndən sonra üç gün istirahət edib, yenidən Macarıstana yollanacağıq. Çempionat isə avqustun 21-də start götürəcək.
– Türkiyədə yaşamağı planlaşdırırsınız?
– Hələ Trabzonun özündə olmamışam. Amma ora gedəndən sonra klubun bazasına yaxın bir yerdə mənzil tapacağam. Hələ ki, tək yaşayacağam.