Ramin Musayev: “Fariz Yusifov penaltini düzgün verməyib”

Məlum olduğu kimi, Premyer Liqanın 6-cı turunda keçirilmiş “Qarabağ” – “Neftçi” matçının sonu xoş bitməyib. Allsport.az saytı xəbər verir ki, baş hakim Fariz Yusifovun 90+1 dəqiqədə qonaqların qapısına təyin etdiyi 11-metrlik cərimə zərbəsi müzakirəyə səbəb olub.

Həmin vəziyytədə Ağdam komandasının braziliyalı futbolçusu Riçard Almeyda qapını düzgün nişan alaraq, hesabı bərabərləşdib – 1:1. “Neftçi” bu penaltiyə etirza edib və belədə, PFL ilə klub arasında narazılıq yaranıb.

Həmin hadisədən sonra, qurumun AFFA-nın 2-ci mərtəbəsində yerləşən qərargahında qapalı toplantı keçirilib. Sportinfo.az-ın məlumatına görə, PFL-in prezidenti Ramin Musayev gecə iclasına rəhbəri olduğu təşkilatın rəsmilərindən savayı, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu, Hakim-İnspektorlar Komitəsənin sədri Gülağa Cabbarovu və bir neçə şəxsi yığıb.

Xeyli davam edən toplantı əsəbi tonda başa çatıb. Ramin Musayev Premyer Liqanın ilk turundan başlayan narazılığı ələ alıb, hakimlərin ünvanına sərt ifadələr işlədib: “Arada mən biabır oluram. “Qarabağ”ın “Neftçi” ilə oyununa stadionda baxırdım, orda da dedim ki, Fariz Yusifov penaltini düzgün verməyib”.

Həmin kateqoriyadan