- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Son zamanlar ölkə çempionatında baş verən hakim xətaları PFL prezidenti Ramin Musayevi pis vəziyyət qoyub. Allsport.az saytının məlumatına görə, KİV-lər bu mövzünü qabardıb araşdırdıqca, hadisələr müxtəlif söz-söhbətlərə yol açır. Versiyalar səslənir ki, qurum hansısa kluba dəstək verir, hansınısa sıxır. Referilərlə bağlı axır vaxtlarda ən çox yazılar sportinfo.az saytında gedir. Bilgilər səhih olduğu üçün, PFL prezidenti içdən dışarıya xəbər sızdıranı araşdırır.
Bu saytda çalışan həmkarlarımız Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu yanına çağıraraq, ondan məlumatçıları aşkara çıxarmasını tələb edib. Deyib ki, özü də şəxsən kənara inofrmasiya yayanları tez bir zamanda tapılmasına çalışacaq.
Sportinfo.az-ın yazdığına görə, o, ilk növbədə PFL-in əməkdaşlarından şübhələnir. Son zamanlar Ramin Musayevin bu qurumdan uzaqlaşdırılacağı ilə bağlı xəbərlərin yayılması, onu daha gərginləşdirib. Təşkilatın prezidenti tədbirlərdə bu portal barəsində çox kəskin fikirlər də səsləndirib.
Yeri gəlmişkən, allsport.az dövlət rəsmilərindən bununla bağlı səhih məlumat əldə edib. Yaxın zamanlarda bu bilgini oxucuları ilə paylaşacaq.