Raqif Abbasov: İdmanımız yenə öz sözünü deyəcək

“İdman” TV-də “Geridönüş” verilişinin növbəti buraxılışı yayımlanıb. Allsport.az saytı xəbər verir ki, həmkarımız Nurlan Hacıyevin qonağı Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov olub.

Dövlət rəsmisi pandemiya dövründə ölkə idmanının üzləşdiyi çətinliklər, idmançılarımızın istər psixoloji, istərsə də hazırlıq səviyyələrinin qorunub saxlanması cəhətdən görülən işlər, onlayn tədbirlər vasitəsilə nəzəri biliklərin artırılması və digər mühüm işlər haqqında geniş məlumat verib.

Nəinki paytaxtın, bölgələrimizin də idman ictimaiyyətinin böyük maraqla izlədiyi bu verilişdə mütəxəssis “Biz istənilən an start vəziyyətindəyik” ifadəsi, çoxsaylı idmançılarımızda yenidən idman qurğularına böyük qayıdışın təməli kimi qiymətləndirilib.

Həmin kateqoriyadan