- Baxış sayı: 90
- 19 Mart 2026 22:26
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0

Gürcüstan Liqa Umaqlesisində 10-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası Tiflisdə “Saburtalo” ilə üz-üzə gəlib.
“Kolxeti” bu matçda biabırçı məğlub olub – 1:6. Futbolçumuz qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 51-ci dəqiqədə hesabı bərabərləşdirib.
Amma bundan sonra daha 5 qol buraxan Poti klubu meydanı xalsız tərk edib. “Kolxeti” 10 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət “qırmızı qrup”da 2-ci sırada qərarlaşıb.