- Baxış sayı: 90
- 19 Mart 2026 22:26
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0

Gürcüstan kubokunda 2-ci təsnifat mərhələsinin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Rasim Ramaldanovun komandası “Kolxeti” səfərdə Bolnisi “Sioni”si ilə qarşılaşıb.
Oyun qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Müdafiəçimiz bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Komandasının qələbə qolunu məhz Ramaldanov vurub.