Rauf Əliyev müalicəsini ev şəraitində davam etdirməli olacaq

Xəbər verdiyimiz kimi, “İnter”in hücumçusu Rauf Əliyev Premyer Liqanın 32-ci turu çərçivəsində dünən “Sumqayıt”a qarşı ev oyununu sonunda ağır zədə alaraq, təcili xəstəxanaya aparılmışdı. Allsport.az xəbər verir ki, ötən gün həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra futbolçu özünə gəlib.

Hazırda onun həyati qorxusu yoxdur. Bu gün forvardın evə buraxılması gözlənilir. Amma o, müalicəsini ev şəraitində davam etdirməli olacaq. Futbolçunun məşqlərə nə vaxt başlayacağı isə hələ dəqiq bilinmir.

Həmin kateqoriyadan