- Baxış sayı: 74
- 20 Mart 2026 11:59
- Baxış sayı: 24
- Mart 25, 2026
- 0

Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalında 3-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “A” turnirində yarışan Rauf Məmmədov Ermənistan təmsilçisi Şant Sarqsyanı məğlub edərək liderliyini qoruyub.
Turun maraqlı qarşılaşmalarından biri 14 yaşlı şahmatçılar – azərbaycanlı və hindistanlı dünya çempionları Aydın Süleymanlı ilə Rameşbabu Praqnanandha arasında olub. Gənc şahmatçılar “sülh”ə razılaşıblar.
Aydın Suleymanlı və Vasif Durarbəylinin 3 turdan sonra 2 xalı var. Rauf Məmmədov isə 3 xal toplayaraq, turnir cədvəlinə liderlik edir.