“Real Madrid” Mbappeni transfer etdiyinə görə peşmandır”

BBC və “The New York times” qəzetlərində çalışan jurnalist Romen Molina Kilyan Mbappenin Realdaki durumuyla bağlı iddialı yazı dərc edib.

Allsport.az xəbər verir ki, jurnalist “kral klubu”nun Mbappe ilə müqavilə imzaladığından peşman olduğunu yazıb.

“Onlar (“Real Madrid”) onu transfer etdiklərinə görə peşmandırlar, bunu mənə klub rəhbərliyinə yaxın insanlar deyib.

Florentino Peres ulduz futbolçuları sevir. O, Mbappeni öz oğlu kimi çox istəyir. Lakin klub rəhbərliyinin digər şəxsləri bu keçiddən narazıdırlar və ulduz futbolçunun gözləntiləri doğrultmadığı fikrindədirlər.

Məncə, “Real Madrid” böyük səhv etdi. O, mövsümöncəsi hazırlıqlarda iştirak edə bilmədi, gələn kimi rəsmi oyunlara çıxdı.”

Mbappe “Real”da keçirdiyi 11 oyunda 7 qol və 1 assistlə yadda qalıb.

Həmin kateqoriyadan