“Real” Mbappeni itirdi

“Real Madrid”in ulduz hücumçusu Kilyan Mbappe çempionlar liqasının pley-off mərhələsi çərçivəsində bu axşam keçiriləcək “Benfika” ilə cavab matçını qaçıracaq.

Allsport.az xəbər verir ki, klub fransalı futbolçunun “Santyaqo Bernabeu”da baş tutacaq oyun üçün heyətə daxil edilmədiyini təsdiqləyib.

Mbappe ötən gün keçirilən məşqi dizindəki narahatlıq səbəbindən vaxtından əvvəl tərk edib. Bu zədənin onun dekabrın sonunda aldığı zədə ilə bağlı olduğu bildirilir. İlkin məlumatlara görə, 27 yaşlı forvard ən azı üç matçda komandasına kömək edə bilməyəcək.

Həmin kateqoriyadan