- Baxış sayı: 68
- 07 Dekabr 2025 12:37
- Baxış sayı: 35
- Dekabr 10, 2025
- 0

Dekabrın 10-da Milli gimnastika arenasının köməkçi zalında Azərbaycan gimnastika federasiyası və Azərbaycan idman akademiyasının birgə təşkilatçılığı ilə idman gimnastikası üzrə “Rektor kuboku” keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 16 komandanın tərkibində akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan tələbələr öz qüvvələrini sınayıblar.
Fərdi və komanda hesabı üzrə “Tərtər”, “Ağdərə”, “Bərdə”, “Qubadlı”, “Şuşa”, “Xocalı”, “Xocavənd”, “Kəlbəcər”, “Xankəndi”, “Füzuli”, “Hadrut”, “Horadiz”, “Cəbrayıl”, “Laçın”, “Qəbələ”, “Şəki” komandalarının təmsilçiləri sərbəst hərəkətlər, halqalar və turnik üzərində hərəkətlərin icrasında mübarizə aparıblar.
Qalib gimnastlar medal və hədiyyələrlə mükafatlandırılıblar. AGF ilə AİA arasında gimnastikanın inkişafı istiqamətində indiyədək bir sıra layihələr uğurla təşkil edilib. “Rektor kuboku”nun keçirilməsində məqsəd bütün idman növlərinin təməlini təşkil edən gimnastika növü vasitəsilə akademiyanın müxtəlif fakültələrində təhsil alan tələbələrin təcrübəsinin artırılması və hazırlıq formalarının gücləndirilməsidir.