Reqbi federasiyasının nümayəndələri məktəb liqasının oyununu izləyiblər

Bu gün Azərbaycan reqbi federasiyasının 1-ci vitse-prezidenti Ernesto Ferlenqi və əməkdaşları taq-reqbi üzrə məktəb liqasının 2-ci turu çərçivəsində EAS və “Sumqayıt 10 saylı məktəb” komandalarının oyununu izləyiblər.

Allsport.az saytı xəbər verir ki, iştirakçılara uğurlar arzulayan qonaq, “Saypem” şirkəti adından federasiyaya 180 ədəd top hədiyyə edib. Yaxın zamanda Bakı və bölgələrdə fəaliyyət göstərən məktəb komandaları və klublar toplarla təmin olunacaqlar və qarşıdan gələn yarışlara hazırlıqlarını davam etdirəcəklər.

Oyuna gəlincə, gərgin mübarizə 3:3 hesabı ilə başa çatıb.

Həmin kateqoriyadan