“Reqbi idman növü kimi həyatımızda necə rol oynayır?”

ARF-in təşkilatçılığı ilə “Reqbi idman növü kimi həyatımızda necə rol oynayır?” mövzusunda onlayn məşğələ keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Argentinadan reqbi mütəxəssisləri – beynəlxalq dərəcəli hakimlər, məşqçilər, eləcə də yüksək nailiyyətlərə imza atmış idmançılar iştirak ediblər.

Seminarda olimpiya idman növü olan reqbinin qaydaları, dünyada bu idman növünə olan marağın getdikcə artması, onun faydaları, daha geniş yayılması üçün görüləcək işlərlə bağlı geniş müzakirələr aparılıb. Seminarda, eyni zamanda, əsas mövzulardan biri də bu növ üzrə daha güclü mütəxəssislərin yetişdirilməsi ilə bağlı olub.

Tədbirdə o da vurğulanıb ki, Azərbaycanda da reqbi sevilən idman növlərindən biridir, uşaq, yeniyetmə və gənclər bu idman növünə xüsusi maraq göstərirlər. Yerli və xarici mütəxəssislər ölkəmizdə bu idman növünün inkişafı ilə bağlı geniş müzakirələr aparıblar.

Sonra Azərbaycan reqbi federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov və federasiyanın baş katibi Əliniyaz Mirzəyev tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan