- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 131
- Fevral 06, 2026
- 0

PSJ “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu transfer etmək üçün yenidən cəhd edəcək.
Allsport.az xəbər verir ki, parislilərin baş məşqçisi Luis Enrike komandanın hücum potensialından narazı olduğundan Markusu öz klubunda görmək istəyir.
27 yaşlı futbolçu cari mövsüm ərzində meydana çıxdığı 19 oyunda 5 qol və 3 məhsuldar ötürməylə yadda qalıb.
PSJ Reşfordu yayda transfer etməyə çalışsa da, qarşı tərəf onu satmaqdan imtina etmişdi.