- Baxış sayı: 59
- 03 Dekabr 2025 19:56
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Badmintonçumuz Edi Reski Dviçayo Çex respublikasının paytaxtı Praqada keçirilən “İnternational Challenge” kateqoriyalı “Czech Open” beynəlxalq turnirində bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən start verən Edi ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb – 2:0 (21-12,21-13). Edi 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21-12, 21-19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispan Pablo Abiandan üstün olan badmintonçumuz (21-15,21-14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Edi Reski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub 0:2 (14-21, 17-21).