- Baxış sayı: 67
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
28 may – Respublika, 26 may – Gürcüstanın müstəqillik günlərində şahmatçılar internet üzərindən “İpək yolu” kubokunda üz-üzə gələcəklər. Allsport.az saytı xəbər verir ki, Azərbaycan gənclər və idman nazirliyi, Azərbaycan və Gürcüstanın şahmat federasiyaları, eləcə də SOCAR-ın təşkilatçılığı ilə yarışın təşəbbüskarı FİDE-nin vitse-prezidenti Mahir Məmmədovdur.
Yarış playchess.com virtual oyun platformasında keçiriləcək. Turnirdə ümumilikdə 54 şahmatçı mübarizə aparacaq. Azərbaycanı yarışda əmsala görə ən güclü şahmatçılar – Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli eləcə də Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Misrətdin, İskəndərov, Namiq Quliyev, Rəsul İbrahimov, Aydın Süleymanlı, Ülvi Sadıqov, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Günay Məmmədzadə, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Gülnar Məmmədova, Toğrul Həsənzadə, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Gövhər Beydullayeva və Ayan Allahverdiyeva təmsil edəcək.
Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər 3 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. 1-7 turlar 26 may 2020-ci il tarixdə saat 15:00-da, 8-15 turlar 28 may 18:00-da başlayacaq.
Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edir. Turnirin qalibi 2500 avro qazanacaq. Bununla yanaşı qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.