- Baxış sayı: 42
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 31
- Noyabr 21, 2024
- 0
Milli basketbolçumuz Aleksandr Rındinin çıxış etdiyi «Universitet-Yuqra» dünən Superliqanın 15-ci turunda Səfərdə «Spartak-Primorye» klubu ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə «tələbələr» Vladivostok təmsilçisinə 71:74 hesabı ilə uduzub. Həmyirlimiz bu matçda Surqut şəhərinin komandasına 2 xal qazandırıb, 1 götürmə edib.
Hazırda qara zolaqda olan «Universitet-Yuqra» ölkə çempionatında 22 xalla 10-cu yerdədir. Rındinin komandası növbəti görüşünü yanvarın 16-da «Ximki-Podmoskovye»yə qarşı keçirəcək. Rəqib 21 xalla 12-ci sıradadır.