- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İtaliyanın “İnter” klubunun baş məşqçisi Roberto Mançini Bakıda mətbuat konfransı keçirib. Allsport.az xəbər verir ki, o, sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb:
– Türkiyədə çalışmağınız “Qarabağ”la oyunda sizə kömək edə bilər?
– Türkiyədə işləməyimin əhəmiyyəti yoxdur. “Qarabağ”ı yaxşı təhlil etmişik. Bura qələbə üçün gəlmişik.
– “İnter” “Udineze” ilə iki fərqli hissə oynadı. Bu, yorğunluqla bağlıdır, yoxsa başqa səbəbi var?
– Düşünmürəm ki, burada fiziki amilin rolu var. Biz həmin görüşdə də yaxşı çıxış etdik.
– Razısınızmı, “İnter” və “Qarabağ” qrupda ən zəif hücum xəttinə malik olan komandalardır?
– Bunu deyənlərdən soruşsanız yaxşı olar. Düşünmürəm ki, hücum xəttimiz zəifdir. Əlbəttə ki, həm “Qarabağ”ın, həm də “İnter”in hücumçuları güclüdür. Bura gəzməyə yox, qələbə qazanmağa gəlmişik.
– “Qalatasaray”dakı uğursuzluğunuz hazırda “İnter”də də davam edir. Bunun səbəbi sizdədir, yoxsa komandalarda?
– Siz yəqin “Qalatasaray”ın ötənilki oyunlarını yaxşı izləməmisiniz. “İnter” hazırda 12-ci pillədə olsa da, irəli getməyə çalışırıq.
– “İnter” 2010-cu ildə Çempionlar Liqasının qalibi oldu. Həmin komandanın fundamentini siz qoymuşdunuz. Yenidən o heyəti formalaşdıra biləcəksiniz?
– 2010-cu ildəki “İnter”lə indikinin fərqi odur ki, hazırkı komanda gənclərdən ibarətdir. İndi çempion olmaq çətindir. 2010-cu ildə isə asan idi.
– “İnter” Bakıya 9 müdafiçi, 4 yarımmüdafiəçi ilə gəlib. Bu, o deməkdir ki, sabah komandanız müdafiədə oynayacaq?
– Xeyr. Biz qələbə üçün gəlmişik.
– Bir rəqib kimi “Qarabağ” haqda nə deyə bilərsiniz?
– “Qarabağ” çox yaxşı komandadır. İnanıram ki, sabah azerkeşləri çox maraqlı oyun gözləyir.