- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Bu gün “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun həyatında əlamətdar gündür. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis 50 illik yubileyini qeyd edir.
Komandanın istirahətə buraxılması nəticəsində əksər legionerlər vətənlərinə yollansalar da, Qrqioqrçuk ad gününü ailəsi – həyat yoldaşı, qızı və oğlu ilə birgə Azərbaycanda keçirməyi üstünlük verib. Bununla da təcrübəli mütəxəssis ilk dəfə doğum gününü ölkəmizdə qeyd edir.
Roman İosifoviç 1965-cı ilin martın 22-də Ukraynanın İvano-Frankovsk vilayətinin Kolomıyski rayonunun Korniç kəndində dünyaya gəlib. Futbolçu karyerasında hücumçu olan Qrqiorçuk vətənində “Prikarpatye” və “Krivbass”, Almaniyada “Sankt-Pelten”, Polşada “Petroximiya”, Rusiyada “Saturn”, Latviyada “Dinaburq” klublarında oynayıb.
Məşqçilik karyerasına “Dinaburq”da başlayan ukraynalı bu ölkədə həmçinin “Ventspils”, Ukraynada “Metallurq” (Zaporojye) ilə “Çernomorets” klublarını çalışdırıb. O, Latviyada 3 dəfə çempion, 2 dəfə kubokun qalibi olub, 3 dəfə bu ölkənin ən yaxşı məşqçisi seçilib. Qriqorçuk Odessa təmsilçisi ilə 2012/13 mövsümündə Avropa Liqasının qrup mərhələsinə, daha sonra isə 1/16 finala vəsiqə qazanıb. Roman İosifoviç 2014-cü ilin dekabrın 18-də “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub. O, bu komandanın tarixinə ilk ukraynalı çalışdırıcı kimi düşüb.