Roman Qriqorçuk: “Biz hər oyun hücum futbolu oynayırıq”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Rəvan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Biz hər oyun hücum futbolu oynayırıq. Qarşılaşmalara 4 hücumçu ilə çıxırıq. Vüqar Nadirovun oynamadığına gəlincə, hələ meydana çıxmağa tam hazır deyil. Digər yeni transferimiz Derlis Meza Kolli isə artıq 1 oyunda meydanda olub. Lakin idmanda belə bir qayda var ki, futbolçu dincəlməlidir. Əsas məsələ “Krasnodar”la oyuna hazır olmasıdır. Onda hər şey qaydasındadır. Biz üç xal barəsində düşünürdük. Hər iki cəbhədə mübarizə apardığımız üçün qələbə digər oyuna köklənmək baxımından önəmlidir”.

Həmin kateqoriyadan