- Baxış sayı: 141
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk geridə qalan mövsümü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində bunu söyləyib:
“Ötən mövsümün bizdə çox da yaxşı alınmadığı dəqiqdir. Amma müəyyən mənada bu mövsümü iki hissəyə bölmək olar. Ötən mövsüm biz Avropa Liqasında 4 təsnifat mərhələsini uğurla keçdik, qrup mərhələsində oynadıq.
Bu, fantastik idi. Amma ikinci hissəni – Azərbaycan çempionatındakı dövr çox çətin keçdi. Fikrimcə, hətta bir məşqçi kimi mənim karyeramda ən ağır dövr oldu”.