- Baxış sayı: 37
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 37
- Noyabr 25, 2024
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu gün çox vacib xallar itirdik. Belə gərgin qrafikdə həm psixoloji, həm də fiziki planda çatışmazlıqlar olur. Digər tərəfdən səhvlərimizi aradan qaldırmalıyıq, çünki vaxtımız çox azdır. Yorğunluğun gətirdiyi əsəb gərginliklərinin olduğu vaxtda xarakter nümayiş etdirməliyik. Biz bu gün iki xalı yorğunluqdan itirmədik. Düzdür, müəyyən dəyişiklik etmək olar. Məncə, heyətdə 4, 5 oyunçunu dəyişə bilərik. İki fərqli heyətlə oynamaq isə, məncə, olmaz”.