- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” qarşılaşmasından bir gün əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:
“Bütün futbolçuların özlərini tamamilə oyuna həsr edəcəyinə əminəm. Komandamız bu matça tam hazırdır. İlk oyunla müqayisədə fərqli futbol göstərəcəyik. Buna səbəb stadionun ot örtüyünün çox yaxşı vəziyyətdə olmasıdır. Bu, hər iki komandaya baxımlı oyun nümayiş etdirmək imkanı verəcək. Yetirmələrimin bunu rəqibindən daha yaxşı edəcəyinə inanıram. Ot örtüyünün gözəl olması bizə öz oyunumuzu göstərmək imkanı verəcək. Düzdür, Bakıda bizə möhtəşəm dəstək verən azarkeşlərin səfər qarşılaşmasında iştirak etməməsinə təəssüflənirəm. Amma rəqib azarkeşlərinin komandamıza təsiri olmayacaq. Rəqibimizin çox oyununu izləmişəm. “Panatinaikos”un necə oynayacağını yaxşı bilirəm”.
Roman Qriqorçuk Afinada keçiriləcək qarşılaşmada qələbənin vacibliyini də qeyd edib: “Bu görüşdə əsas bizi qane edən nəticəyə nail olub, qrup mərhələsinə vəsiqə qazanmağımızdır. Komandamıza qol vurmaq lazımdır. Biz də çalışacağıq ki, rəqib qapısına qol vuraq. Bunu bacarsaq, yaxşı olar. Nəticə əldə etmək üçün hücumdakı oyunumuz böyük əhəmiyyət kəsb edir. Müdafiənin mərkəzinə görə narahat olmaq lazım deyil. Arxa xəttin yox, komandanın necə oynaması əhəmiyyət daşıyır. Biz çox hücum etsək, rəqibə az imkan verəcəyik. Cavab oyununda mümkün qədər çox hücum edəcəyik. Səhərə qədər oynamağa, penaltilər seriyasında 100 zərbə vurmağa da hazırıq. Yetər ki, qələbə qazanaq”.