- Baxış sayı: 46
- 22 Mart 2026 15:42
- Baxış sayı: 277
- Mart 22, 2026
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Şərhim qısadır. Biz bu oyuna qələbə üçün çıxmışdıq. Buna da nail olduq. Əsas məsələ 3 xal qazanıb, psixoloji durumu düzəltmək idi. Bu oyun bizim üçün çox vacib əhəmiyyət daşıyırdı”.