- Baxış sayı: 42
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflis “Dinamo”su (Gürcüstan) ilə cavab oyunundan əvvəl “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis cavab matçı öncəsi bunları dilə gətirib:
“Səfərdə keçirdiyimiz ilk qarşılaşmanı təhlil etmişik. Həmin matçdakı çatışmazlıqları müəyyənləşdirib, aradan qaldırmışıq. İlk oyunla müqayisədə müəyyən dəyişikliklər edəcəyik. Lakin start “11-liy”ini hələ də tam müəyyənləşdirməmişəm. Bununla bağlı son qərarımı sabah (bu gün) verəcəyəm. Bütün komanda qələbəyə köklənib. Təbii ki, erkən qolun vurulması yaxşıdır. Bu, komandada özünəinam yaradır. Amma həlledici deyil. İlk oyunla müqayisədə daha yaxşı oyun göstərib, nəticə əldə etməliyik. Komandanın öz oyununu tam göstərməsi üçün müəyyən zamana ehtiyac var. Bəzi yeni oyunçular komandaya tam uyğunlaşmalıdır. Bu üzdən də bizim ilk oyunun Qəbələdə keçirilməsi daha yaxşı olardı. Həmişə böyük hesabla qalib gəlmək istəyirik. Bunun alınıb-alınmamasını isə oyun göstərəcək”.