Roman Qriqorçuk: “Rəqib layiqli qələbə qazandı”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:

“Çukariçki”ni, həmkarımı qələbə münasibətilə təbrik edirəm. Tamamilə layiqli qələbədir. Oyunumuzu təhlil etmək çətindir. Çünki öz səviyyəmizi göstərə bilmədik. Biz oyun üslubumuza əsasən topa nəzarət etmək istəyirdik. Amma ötürmələr zamanı çox top itirirdik. Bunun alınmadığını görüb, ikinci hissədə fərqli oynamaq istədik. Hava ötürmələri ilə oynamağa çalışdıq. Rəqib bu gün topalma, aqressivlikdə güclü idi”.

Həmin kateqoriyadan