Roman Qriqorçuk: “Rəqibin zəif olmasını düşünmürəm”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Sevinirəm ki, 3 xal qazandıq. Heyətdə müəyyən dəyişikliklər etmişdik. Bu rəqibdən asılı deyil. Ümumiyyətlə, mən rəqibin zəif olmasını ümumiyyətlə düşünmürəm. Bildiyiniz kimi, Avropa Liqasında mübarizəni davam etdiririk. Avropada meydançaya az çıxanlara şans vermişdik. Eyni zamanda, reqlamentə görə bəzi dəyişikliklər etmişdik. Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik”.

Həmin kateqoriyadan