- Baxış sayı: 30
- 26 Noyabr 2024 17:01
- Baxış sayı: 42
- Noyabr 26, 2024
- 0
Premyer Liqanın 5-ci turunun “Qəbələ” – AzAL oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Müdafiədəki oyunumuz kifayət qədər yüksək səviyyədədir. Düzdür, üzərində işləməli, təkmilləşdirməli olduğumuz məqamlar var. Lakin ümumilikdə çox ciddi səviyyədədir. Bu oyunda “18-lik”də yer almayan Rafael Santos bizim üçün önəmli oyunçudur. Ona güvənirik. Əminəm ki, Santos bizə hələ çox kömək edəcək.
Roman Hüseynov isə kifayət qədər yaxşı oynadı. Onun qol sevincini mənimlə bölüşdüyü anda hər ikimiz eyni hissləri keçirdik. Mən gənc oyunçunun qoluna heç də ondan az sevinmədim. Biz turnirlər arasında fərq qoymuruq ki, çempionat və ya UEFA Avropa Liqası vacibdir. Qrup mərhələsinin hər matçı bir hadisədir. Azarkeşlər düşünür ki, adi matçlardır və “Qəbələ” “Maynts”a, “Sent-Etyen”ə qalib gəlməlidir. Lakin öncədən fikirləşmək lazımdır ki, onlar top-çempionatları təmsil edir.
Bu çempionatlarda 30-cu olan komanda belə səviyyəli yarışdan gəlib. Həmin komandaların hər biri ilə matçlar böyük hadisədir. Bu turnirin vacib olmadığını demək olmaz. Elə çempionat da hər bir komanda üçün önəmlidir. Biz bütün turnirlərdə – həm çempionat, həm avrokubok, həm ölkə kubokunda keçirdiyimiz matçlara məsuliyyətlə və qələbə qazanmaq istəyi ilə yanaşırıq. İndidən “Maynts”dan danışmaq tezdir. Bunadək iki çempionat matçımız var. İlk növbədə “Sumqayıt”ı düşünməliyik”.