Roman Qriqorçuk: “Vacib olan komanda oyunu göstərməyimiz idi”

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Qəbələ” – “Çukariçki” (Serbiya) matçından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:

“Stadionda möhtəşəm atmosfer var idi. Sevinirəm ki, azarkeşlərə qələbə sevinci bəxş etdik. Qarşılaşma boyu çox həyəcanlı idim. Komandamızı dəstəkləyən azarkeşlərin etimadını doğrultmaqla bağlı narahatlıq keçirirdim. Amma əsas odur ki, bunu bacardıq. Yaxşı oyun göstərdik. Deməzdim ki, oyunumuz ideal idi. Amma taktiki cəhətdən ağıllı oynayıb, daha hərəkətli olduq, xarakter nümayiş etdirdik. Komandamızın meydana ancaq qələbə qazanmaq üçün çıxdığı hiss olunurdu. Mənim üçün vacib olan komanda oyunu göstərməyimiz idi. “Çukariçki” ilə cavab qarşılaşmasında meydanda əsl komanda var idi”.

Həmin kateqoriyadan