Roman Qriqorçukun komandası “Xəzər Lənkəran”la oyununun hazırlığına başlayıb

“Qəbələ” Premyer Liqanın 31-ci turunun “Xəzər Lənkəran”la oyununun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, ötən turun “Rəvan”la aprelin 15-də keçirilən ev qarşılaşmasından (2:0) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.

Komanda üzvləri ötən gün baş tutan məşqə fiziki hazırlıqla başlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq toplu çalışmalarla davam etdirilib. Roman Qriqorçukun komandası növbəti məşqini bu gün, günün ikinci yarısında gerçəkləşdirəcək.

“Xəzər Lənkəran” – “Qəbələ” oyunu aprelin 23-də keçiriləcək. Mərkəzi stadionunda baş tutacaq görüş saat 16:30-da start götürəcək.

Həmin kateqoriyadan