Ronaldu böyük oğlu üçün böyük karyera arzusundadır

“Kriştianinyu, Kriştianunun varisidir. Bu yaşda atası belə oynamırdı”, – Ronaldunun anası Dolores Aveiru “Nova Gente” jurnalına müsahibəsində deyib. Allsport.az saytı xəbər verir ki, kiçik Ronaldu çoxları tərəfindən belə qəbul edilir – zahirən atasına bənzəyir, oxşar mövqedə oynayır və həm də sehrli karyera üçün çalışır.

“Ata-oğul zamanı: Ronaldo” sənədli filmində Kriştianu deyib: “Mən həmişə mənim varisim olacaq bir oğul arzusunda idim”. – Gəncliyimdə ata olmaq istəyirdim – və oldu. Kriştianinyu anadan olanda, mənim 25 yaşım var idi. Mən onun bütün yolunu – bir şəxsiyyət, insan kimi formalaşması və inkişafını çox istəyirdim.

Təbii ki, Kriştianinyunun mənə böyük təsiri olub. Sakitləşməyi öyrəndim, daha diqqətli oldum. Ata olmağı öyrənməyim çox vaxt apardı.

Oğlum atasının şöhrətini öz gözləri ilə görəcək. Bu unikaldır. O, artıq mənimlə fəxr edir və kuboklarımla öyünür. Bu məni daha da xoşbəxt edir”.

Həmin kateqoriyadan