Ronaldunu keçdi, Droqbaya çatdı

İngiltərə premyer liqasının XVII turu çərçivəsində keçirilən matçda “Mançester Siti” öz meydanında “Vest Hem”i 3:0 hesabı ilə məğlub edib.

Allsport.az xəbər verir ki, “Etihad” stadionunda baş tutan görüşdə meydan sahiblərinin heyətində Erlinq Holand dubl edib, digər qolu isə Tecani Reynders vurub. Bu məhsuldarlıq sayəsində norveçli hücumçu premyer liqada vurduğu qolların sayını 104-ə çatdırıb.

Bununla da Holand “Mançester Yunayted”in sabiq ulduzu Kriştianu Ronaldunu (103 qol) geridə qoyaraq turnir tarixininn bombardirləri siyahısında irəliləyib.

Erlinq bu nəticəni Ronaldudan xeyli daha az oyuna (236 matça qarşı 114 oyun) əldə etməsi xüsusi diqqət çəkib. O, həmçinin bu göstərici ilə “Çelsi”nin əfsanəvi hücumçusu Didye Droqba ilə eyni pilləyə yüksəlib.

Həmin kateqoriyadan