- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında öncə bunları söyləyib:
“Qarabağ” çox yaxşı komandadır. Ötən mövsüm bu komanda Avropa Liqasının qrup mərhələsində oynayıb və çox yaxşı çıxış edib. Belə bir komanda ilə oyunlarda uğur qazanmaq üçün bizə pik formada olmaq lazımdır. Düzdür, komandam yaxşı formadadır. Amma bununla kifayətlənmək, sakitləşmək olmaz. Çünki qarşımızda çox ciddi rəqib var. Bu komanda ilə görüş kənardan göründüyü qədər adi qarşılaşma sayılmamalıdır”.
“Seltik”in çalışdırıcısı ilk oyunu evdə keçirmələrindən maksimum yararlanmağa çalışacaqlarını bildirib. Onun sözlərinə görə, “Qarabağ” Şotlandiyaya getmək üçün uzaq yol qət edəcək və yorğun olacaq. Deyla bu üzdən də rəqiblərinin çətinlik çəkəcəklərini vurğulayıb. Ronni eyni zamanda özləri üçün də Bakıdakı qarşılaşmanın çətin keçəcəyini dilə gətiib: “Biz də səfərə yollanarkən oxşar çətinliklərlə üzləşəcəyik. Bu üzdən də ilk oyun bizim üçün çox vacibdir”.
“Biz qarşımıza yüksək hədəflər qoymuşuq. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Oyunçularımız “Qarabağ”la ilk oyunu səbrsizliklə gözləyirlər. Elə mən özüm də”.
“Növbəti rəqibimizlə oyunlara maksimum yaxşı köklənməliyik, hazırlaşmalıyıq. Xüsusilə də taktiki baxımdan. Böyük hədəflərə çatmaq üçün komandada intizam da çox vacibdir. Fikrimcə, növbəti həftəyə qədər tam hazır olacağıq”.