- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bizi ciddi qarşıdurma gözləyir. Amma mənə elə gəlir ki, “Seltik” meydanda öz güclü tərəflərini göstərə biləcək. Komandada əla atmosfer hökm sürür. “Seltik Park”dakı oyunu böyük səbrsizliklə gözləyirik”.
Deyla “Qarabağ”dan danışarkən komandamızın əsas üstünlüklərindən birinin sabitlik olduğunu vurğulayıb: “Bu komandanı bir neçə mövsümdür eyni mütəxəssis çalışdırır. Onlar komanda futbolu oynamağı bacarırlar. Üstəlik, heyətdə fərdi cəhətdən yaxşı futbol nümayiş etdirən oyunçular var. Cinah müdafiəçiləri çox yaxşıdır. Bir sözlə, müdafiədə diqqətli və yaxşı oynamalıyıq. “Qarabağ” ötən mövsüm Avropa Liqasında yaxşı nəticə qazanıb. Maraqlı qarşılaşma olacaq”.
“Seltik”in çalışdırıcısı rəqibə hörmət etmək lazım olduğunu vurğulayıb: “Qarabağ” haqda lazım olan informasiyanı toplamağa çalışmışıq. Rəqibə hörmətlə yanaşmağımız lazımdır. Amma ilk oyun evdə olduğundan rəqibin azarkeşlərimizin təzyiqini hiss etməsini istəyirik. Qonaqlar “Seltik Park”da çıxış etdiklərini hiss etməlidirlər. Stadiondakı atmosferin həlledici olacağını düşünürəm. Bizim fanatlar dünyanın ən yaxşısıdırlar”.