- Baxış sayı: 35
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 123
- Noyabr 25, 2024
- 0
AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlərlə bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, çöx sərt dasnışıb və heç bir kluba güzəşt olmayacağını deyib:
“Klublara daha bir həftə vaxt verildi ki, onlar lisenziya ilə bağlı qalan problemlərini həll edib, yenidən müraciət etsinlər. Əks halda çempionatın 8 klubla keçirilməsinə qərar verəcəyik. Biz hər şeyin qaydalar çərçivəsində olmasını istəyirik. Yəni, elitada son iki yeri tutan klub birinci diviziona düşsün, aşağı dəstədən də ilk iki yeri tutan Premyer Liqaya yüksəlsin.
Ötən mövsüm “Rəvan”a güzəştə getdik. Amma bu komanda xal yığmaq əvəzində, FİFA tərəfindən cəzalandırıldı. Bu mövsüm güzəşt olmayacaq. UEFA hazırda federasiyalarda monitorinqlər aparır. Təbii ki, Azərbaycan futbolunu da diqqətlə izləyirlər. Hər şey qaydalar çərçivəsində olmalıdır. Buna görə də heç bir güzəştdən söhbət gedə bilməz.
8 klub da olsa, dörd dövrəli çempionat keçirəcəyik. Əlbəttə, çempionatın səviyyəsi enəcək. Biz də bunu başa düşürük. Amma başqa çıxış yolu yoxdur. Bir həftə sonra yenidən toplanacağıq. Klublara kömək etmək istəyirik”.